Ukraynada futbol hakimi amansızlıqla döyülüb – VİDEObackend

Ukraynada futbol hakimi amansızlıqla döyülüb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Zakarpatye vilayəti çempionatının VII turunda qalmaqal baş verib.

“Katpatı” (Dubovoye) komandasının evdə “Polyana”ya 1:2 hesabı ilə uduzduğu matçdan sonra meydana azarkeşlər girib. Onlar baş hakim Valeri Şkuraya hücum ediblər. Referini yerə sərən fanatlar təpikləməyə başlayıblar. Ədalət təmsilçisini döyənlər arasında “Karpatı”nın keçmiş baş məşqçisinin olduğu da bildirilir.

Qeyd edək ki, bu, 2019-cu ildə Ukraynada hakimə hücum edildiyi ilk hal deyil. II Liqada “Niva” və “Polesye” arasındakı XXI tur matçında da meydan sahiblərinin fanatları baş hakim Denis Reznikovu döyüblər. Polisin müdaxiləsinə baxmayaraq, referi ciddi xəsarət alıb.

//report