Bakıda kriminal avtoriteti öldürənlər belə tutuldu: POLİSDƏN ƏMƏLİYYAT – FOTOLAR (YENİLƏNİB -2)backend

Bakıda kriminal avtoriteti öldürənlər belə tutuldu: POLİSDƏN ƏMƏLİYYAT – FOTOLAR (YENİLƏNİB -2)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda tapança ilə qətl törədərək hadisə yerindən qaçmaq istəyən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunun idarəetməsində olan 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.

Müfəttişlər Murad Əzizli, Ramin Əsgərov və Mehdi Hacıyev Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Mərdan Əliyevin göstərişi əsasında yolda süni tıxac yaradaraq silahlı şəxslərin idarəetməsində olan avtomobilin qarşısını kəsiblər.

Qeyd edək ki, qətlə yetirilən Budaqlı Mübariz Mürsəl oğlundan başqa “Mercedes” markalı avtomobildə bir nəfər sərnişin də olub. Ancaq o, hadisədən sonra düşərək qaçıb.

Hazırda fakt üzrə rayon Prokurorluğunda araşdırma aparılır.

xxx

21:42

Binəqədi rayonunda güllələnərək öldürülən şəxsin kimliyi müəyyən olunub.

Unikal.org xəbər verir ki,  Binəqədi rayon polis idarəsindən verilən məlumata görə, o Mübariz Budaqlıdır. Mübariz Budaqlı başına açılmış bir atəş nəticəsində həyatını itirib.

xxx

21:23

Bakı şəhəri, Binəqədi rayonu ərazisində atışma olub. 

Unikal.org xəbər verir ki, Rəsulzadə qəsəbəsində “Favorit” marketin yaxınlığında “Mercedes” markalı avtomobilin içində olan iki nəfər gülləbaran edilib. Onlardan biri hadisə yerində ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxslər 10 GD 021 dövlət nömrə nişanlı, “BMW X5” markalı avtomobillə qaçmağa çalışıblar. Lakin Binəqədi rayon Dövlət Yol Polisi  Şöbəsinin əməkdaşlarının onları yaxaladığı, Sükan arxasında olan şəxsin Hüseynov Səxavət Oruc oğlu olduğu, digərinin isə şəxsiyyətinin dəqiqləşdirilıdiyi bildirilir.

Ölən şəxsin kriminla avtoritet olduğu bildirilir.

Binəqədi polisindən bildirilib ki, öldürülən kriminal avtoritetin də kimliyi müəyyən edilib. Araşdırmalar aparıldığı üçün nə ölən, nə də öldürülən şəxslərin adları hələ ki, açıqlanmır. Əlavə məlumat veriləcək. Hazırda hüquq mühafizə orqanı əməkdaşları hadisə yerində araşdırma aparır.

xxx

19:56

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, “Favorit” marketin qarşısında güllənmə hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, naməlum şəxs 1 nəfər sakinə odlu silahla atəş açaraq, hadisə yerindən uzaqlaşıb.

Hadisədən dərhal sonra əraziyə polis əməkdaşları gəlib. Güllələnən şəxsi “Mercedes-Benz E-Class” markalı avtomobillə ərazidən uzaqlaşdırıblar.

Bakıda kriminal avtoriteti öldürənlər belə tutuldu:POLİSDƏN ƏMƏLİYYAT - FOTOLAR (YENİLƏNİB -2)Bakıda kriminal avtoriteti öldürənlər belə tutuldu:POLİSDƏN ƏMƏLİYYAT - FOTOLAR (YENİLƏNİB -2)Bakıda kriminal avtoriteti öldürənlər belə tutuldu:POLİSDƏN ƏMƏLİYYAT - FOTOLAR (YENİLƏNİB -2)