Bu gün futbol üzrə Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Bakıda Macarıstan yığmasını qəbul edəcək.
Bu, millimizin E qrupunda ikinci, macarların isə üçüncü oyunu olacaq. Qonaqlar ilk matçda səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzub, evdə Xorvatiyaya qalib gəliblər – 2:1. Azərbaycan millisi isə ilk qarşılaşmada Zaqrebdə Xorvatiyaya məğlub olub – 1:2.
Bu gün qrupun digər matçında Xorvatiya Uelsi qəbul edəcək. Azərbaycan millisi bu oyundan 3 gün sonra Slovakiyanı, Macarıstan isə Uelsi qəbul edəcək.
AÇ-2020-nin seçmə mərhələsi
E qrupu
8 iyun
20:00. Azərbaycan – Macarıstan
Baş hakim: Kevin Blom (Hollandiya).
Bakı. 8-ci km stadionu.
//sport24.az