“Ermənistanın Rusiyanın forpostu olmaqdan xilası qeyri-mümükündür” — Millət vəkili

04:04 | 9 İyun, 2019
“Mən deməzdim ki, Ermənistanın yeni hakimiyyəti Azərbaycana qarşı təxribat və dezinformasiya metodundan istifadə edir. Paşinyandan öncəki hakimiyyətlərə də eyni taktikadan istifadə edib, Paşinyan da həmin siyasəti davam etdirir”.

Bunu  millət vəkili , Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, bu gün Paşinyan bir il öncə hakimiyyətə gələrkən istər  ermənilərə, istərsə də onun hakimiyyətə gəlməsində ona dəstək verən Qərbin bəzi güclərinə verdiyi vədləri yerinə yetirə bilmədiyini, eyni zamanda yürütdüyü siyasətin iflasa uğradığını gördüyündən diqqəti yayındırmaq üçün ən müxtəlif hərəkətlərə əl atır.

“Bütün bunlar erməni xislətindən irəli gələn məsələlərdir. Onun hakimiyyətə gəlməsində dəstək verən qüvvələri aldatmaq üçün  Azərbaycana qarşı dezinformasiya xarakaterli məlumatlar yayaraq Azərbaycanı sürətlə silahlanmaqda ititham edir. Daxili auditoriyanı aldatmaq və diqqəti daxildəki böhrandan yayılndırmaq üçün cəbhə xəttində gərginliyi artırıb, insanlığa sığmayan təxribatlara əl atmaqla bunu edir”,- M. İbrahimqızı deyib.
Millət vəkili əlavə edib ki, artıq dünya ictimaiyyəti, xüsusən də onun hakimiyyətə gəlməsinə dəstək verən Qərb onun yalanlarına inanmır:

“Çünki Paşinyan hakimiyyətə gələrkən onlar qarşısında öhdəliklər götürərək demişdi ki, Ermənistanı Rusiyanın caynağından xilas edəcək və bu ölkənin bir əyaləti olmayacaq. Lakin Paşinyan verdiyi bu vədə əməl edə bilmədi. Bu qeyri-mümkün olan məsələ idi. Ona görə ki, Ermənistan bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya iqtisadi İttifaqının rəsmən üzvdür. Belə təşkilatların üzvü olan Ermənistanın Qərb strukturalrına inteqrasiyası qeyri-mümkündür.

Digər tərəfdən bu gün Ermənistaın sənaye obyektləri, ən strateji obyektlər Rusiyanın nəzarətindədir. Belə olan halda Ermənistanın Rusiyanın forpostu olmasından xilas olması qeyri-mümükündür.

Azərbyacanın silahlanmasına gəldikdə isə ilk olaraq onu deyim ki, Ermənistanın irəli sürdüyü iradlar absurddur. Sual vermək lazımdır ki, Azərbaycan niyə silahlanır, səbəb nədir? Bu gün Azərbaycanın 20 fazi torpaqları məhz bu iradları ünvanımıza səsləndirən Ermənistan tərəfindən işğal edilib və işğal siyasəti davam etməkdədir. BMT TŞ-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə  Ermənistan ordusunun qeyd-şərtsiz işğla etdiyi torpaqlardan çıxması öz əksini tapsa da, İrəvan beynəlxalq təşkilatların bu sənədlərinə riayət etmir. Münaqişənin həlli ilə bağlı  ATƏT Minsk qrupu həmsdərlərinin 30 ilə yaxın fəaliyyəti səmərə vermirsə, o zaman Azərbaycan nə etməlidir? Təbii ki, öz torpaqlarını işğaldan azad etmək və ölkəni gözləyən təhdidin qarşısını almaq üçün ordusunu gücləndirməlidir. Bu gün Azərbaycan faktiki olaraq müharibə şəraitində olan ölkədir. Müharibə şəraitində olan ölkə hansı addımı atmalıdır. Təbii ki, ordusunu gücləndirməlidir. Torpaqları işğal altında və müharibə şəraityində olan ölkənin ordusnun gücləndirməsi isə dünyada normal qarşılanan haldır.

Bu gün Azərbaycan təkcə ordunu gücləndirmir, eyni zamanda digər sahələri inkişaf etdirir, islahatlar həyata keçirir. Azərbaycan hərtərəfli formada inkişaf edir. Azərbaycanın hərtərəfli dinamik inkişafı dünya birliyi tərəfindən də  müsbət qarşılanır və qeyd olunur. Bununla bərəabər ordumuz da inkişaf edir. Odur ki, artıq dünya birliyi Ermənistanın bu yalanlarına və dezinformasiyalarına inanmır ”.

Deputat onu da bildirib ki, Ermənistanla Azərbaycan arasında  atəşkəs rejimi barədə saziş imzalanmasına baxmayaraq, mütəmadi olaraq   düşmən tərəfindən atəşkəs pozulur və nəticədə mülki və hərbi şəxslər dünyasını dəyişir.

“Ermənistan tərəfindən cəbhə bölgəsində mülki insanların normal həyat tərzinə təhlükə və təhdidlər yaradılır. Belə olan təqdirdə Azərbaycan hansı addımı atmalıdır?! Təbii ki, vətəndaşının təhlükəsizliyini təmin etmək üçün ordusunu gücləndirib, müasir silahlarla təmin etməkdir”,- millət vəkili  qeyd edib.
M. İbrahimqızı qeyd edib ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir və hər an torpaqlarımızı işğaldan azad etməyə qadirdir: “Ancaq Azərbaycan sülhsevər ölkə olaraq hələ də hesab edir ki, Ermənistanın işğalçılıq siyasətinə danışıqlar yolu ilə son vermək üçün bütün imkanlar tükənməyib. Ermənistan rəhbərliyi anlamalıdır ki, bu işğaldan ən çox əziyyət çəkən elə ermənilər özləridir. İşğal siyasəti uzandıqca  üzləşdikləri problemlər və böhranlar daha da dərinləşəcək. Ermənistanın bir dövlət  və cəmiyyət olaraq xilası işğal siyasətinə son verməsindən keçir. Əks  halda onların Azərbaycana qarşı həyata keçirdikləri dezinformasiya siyasəti nəticə verməycək. Nəticədə yenə də əziyyət çəkən elə ermənilər özləri olacaq. Çünki dünyada hər hansı qüvvə Azərbaycanı tutuduğu haqq yolundan döndərə bilməyəcək. Azərbaycanın işğal siyasəti ilə barışmaq niyyəti yoxdur və bunu Ali Baş Komandan da dəfələrlə bəyan edib. Bunu ermənilər nə qədər tez anlasalar daha yaxşı olar”.

Son olaraq millət vəkili onu da əlavə edib ki, bu gün Azərbaycan cəmiyyəti dövlət-cəmiyyət olaraq səylərini birləşdirərək erməni yalanlarını dünyada ifaş etməlidir.

//olke.az