“Gözəl Bakı idman mərkəzinə çevrilir” – UEFAbackend

“Gözəl Bakı idman mərkəzinə çevrilir” – UEFA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq idman turnirlərinə ev sahibliyi etməkdə nisbətən yeni olsa da, Bakı özünü ən populyar ev sahiblərindən biri kimi göstərə bilib”.

UEFA-nın rəsmi saytında dərc olunmuş “Gözəl Bakı” adlı məqalədə belə deyilir.

Məqalədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədovun çıxışına da istinad olunub.

E. Məmmədovun dediyinə görə, Bakı EURO-2020-nin matçları qəbul etməyə hazırdır.

… Bakı EURO-2020-nin final matçlarını qəbul edəcək 12 şəhərdən biri olacaq.

“Bakının gələcəkdə idman mərkəzinə dönməsi üçün strategiya hazırlamışıq və məqsədimizə çatmışıq. Bakı əsl idman mərkəzi olacaq. Futbol daim inkişaf edəcək idman növüdür. Son illərdə Azərbaycanda futbolun populyarlıq səviiyyəsi xeyli artıb. Doğrudur, populyarlaşmaqda olan idman növləri də var. Lakin futbol ən populyar idman növü olaraq qalır. Bu səbəbdən futbola olan marağın ölkəmizlə yanaşı, regionda da yüksək səviyyədə olmasına çalışırıq. Daha çox uşağın sağlam həyat tərzi yaşamasına, kompüterlərin qarşısından duraraq küçədə futbol oynamasına, bununla da gələcəyimizin sağlam formalaşmasına çalışırıq”, – E.Məmmədov deyib.

Məqalədə daha sonra bildirilir ki, Xəzər sahilindəə ən böyük şəhər olan Bakıda EURO-2020-in üç qrup və bir 1/4 final qarşılaşması keçiriləcək.

EURO-2020 zamanı Bakıda müxtəlif tədbirlər keçiriləcək, fan-zonalar təşkil olunacaq.

“Fan-zonaları matçlardan xeyli əvvəl təhvil vermək niyyətindəyik. Çox yəqin ki, matçlara 30 gün qalmış fan-zonalar işə başlayacaq. Könüllülər, azarkeşlər və turistlər möhtəşəm tədbirin ruhunu hiss edə biləcəklər. Matçları seyr etməyəcək turistlər belə, futbol tutqusunu duyacaqlar. Bu, çox önəmlidir”, – E.Məmmədov söyləyib.

O, daha sonra futbol azarkeşlərinə xitab edib: “Sadəcə, EURO-2020-dən mümkün qədər çox həzz almağa çalışın. 30 gün çəkəcək final mərhələsindənyararlanmaq üçün 30 günlük istirahət götürün, ev sahibliyi edəcək 12 şəhərin hamısına baş çəkin. Bakını da xüsusi qeyd edin”.

EURO-2020-in Bakıda oynanacaq matçları:

13 iyun. A qrupunda matç

17 iyun: A qrupunda matç

21 iyun: A qrupunda matç

4 iyul: 1/4 final qarşılaşması

Oyunlar 69 min nəfərlik Bakı Olimpiya Stadionunda keçiriləcək.