Nazarbayev: Qazaxıstanda hakimiyyət dəyişməlidir

12:40 | 9 İyun, 2019

Qazaxıstan xalqı yeni prezidentlə daha yaxşı gələcəyə ümid bəsləyir.

Bunu Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bəyan edib.

“Bu gün ölkəmizdə prezident seçkiləri keçirilir. Xalq təkcə insanı deyil, həm də öz gələcəyini, taleyini seçir”, – deyə o vurğulayıb.

Nazarbayev qeyd edib ki, bütün demokratik ölkələrdə olduğu kimi Qazaxıstanda hakimiyyət dəyişməlidir.

//Editor.az