Bakıda qadının çənəsini sındırıb zorladılar – TƏFƏRRÜATbackend

Bakıda qadının çənəsini sındırıb zorladılar – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Ağır Cinayətlər Məhkəməsində 30 yaşlı paytaxt sakini qadını zorlamaqda təqsirli bilinən Loktionov Ruslan Oleqoviçin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Editor.az ölkə.az-a istinadən xəbər verir ki, növbəti məhkəmə prosesi hakim Səbuhi Hüseynovun sədrliyi ilə iyun ayının 13-də keçiriləcək.
Qeyd edək ki, hadisə yanvarın 15-dən 16-na keçən gecə saat 01:00 radələrində Nəsimi rayonu ərazisində baş verib.
Naməlum kişi gecə işdən evə gələn qadına hücum edib.
Oğlan qadını yaşayış binasının həyətinə itələyib və orada onun çənəsinə zərbə vuraraq sındırıb. Təcavüzkar öz qurbanına bədən xəsarətləri yetirib və onu zorlayıb.
Bu vaxt yaxınlıqda post-patrul xidmətinin əməkdaşları olub. Polislər qadının qışqırıq səsini eşidərək onun köməyinə qaçıblar. Asayiş keşikçilərini görən təcavüzkar qaçmağa başlayıb, lakin polislər onu saxlayıblar.
Saxlanan şəxsin Qazaxıstan vətəndaşı, 29 yaşlı Loktinov Ruslan Oleqoviç olduğu məlum olub.
Ruslan Loktinova qarşı cinayət məcəlləsinin 149.2.4-cü maddəsi ilə ittiham elan edilib.