Azərbaycanda “Son zəng”in vaxtı açıqlandı – Nazir əmr imzaladıbackend

Azərbaycanda “Son zəng”in vaxtı açıqlandı – Nazir əmr imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İyunun 14-də Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri təşkil olunacaq. 
Editor.az-ın məlumatına görə, təhsil naziri Ceyhun Bayramov bununla bağlı əmr imzalayıb.
Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə olunub.
Yerli təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsiz¬liyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.