Türkiyəli diplomatın Cenevrədə erməni terrorçu tərəfindən öldürülməsindən 38 il ötürbackend

Türkiyəli diplomatın Cenevrədə erməni terrorçu tərəfindən öldürülməsindən 38 il ötür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Cenevrədəki baş konsulluğunun katibi Mehmet Savaş Yergüzün erməni terrorçu tərəfindən vəhşicəsinə öldürülməsindən 38 il keçir.

şəhid diplomat Mehmet Savaş Yergüzün 1981-ci il iyunun 9-da işdən çıxıb maşınla evə gedərkən işıqforun qırmızı işığında Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusunun (ASALA) terrorçusu 21 yaşlı Mardiros Jamkoçyan adlı terrorçu tərəfindən odlu silahla qətlə yetirilib. Mehmet Savaş Yergüzünün başına, ürəyinə və çiyninə atəş açılıb.

Qeyd edək ki, ASALA erməni terror təşkilatı yaranandan bəri Türkiyəyə qarşı 27 ağır terror aktı törədib.

//AZƏRTAC