“Qolos” (Rusiya) mahnı müsabiqəsinin iştirakçısı Aleksey Safiulin öz mənzilində ölü aşkarlanıb.
Rəsmi ölüm səbəbi hələlik məlum deyil. Ailə dostunun dediyinə görə, 44 yaşlı Safiulin iyunun 9-a keçən gecə vannada boğulub.
Artistlə vida günü iyunun 13-ə təyin olunub. Müğənni evli olub və iki övladı olub.
Safiulin Moskva Filarmoniyası və Mariin teatrının artisti kimi şöhrət qazanıb.
Qeyd edək ki, o, “Qolos” teleşousunun altıncı mövsümünün iştirakçısı idi.
//oxu.az