Bakıda BMW reklam lövhəsinə çırpılıb yandı: ölən və yaralı varbackend

Bakıda BMW reklam lövhəsinə çırpılıb yandı: ölən və yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

hadisə Bibiheybət məscidi yaxınlığında qeydə alınıb.

Belə ki, BMW markalı avtomobil reklam lövhəsinə çırpıldıqdan sonra yanıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü ölüb, maşında olan sərnişin isə ağır yaralanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə məlumat təcili yardıma saat 03:37-də daxil olub:

“Avtomobildə olan sərnişin – 28 yaşlı Kamran İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir”.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

//oxu.az