Ərdoğan müdafiə sahəsində Azərbaycan və Gürcüstanla üçtərəfli sazişi təsdiq edib

10:38 | 12 İyun, 2019

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sahəsində Azərbaycan və Gürcüstanla üçtərəfli sazişi təsdiq edib.

Bu barədə Türkiyənin rəsmi mətbuatında qeyd edilib.

Məlumata görə, Türkiyə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığa dair saziş 2018-ci il martın 31-də Giresunda imzalanıb.

Saziş 2019-cu il iyunun 11-dən qüvvəyə minib.

//Trend