Lindemann rəfiqəsinə görə pərəstişkarın çənəsini sındırıbbackend

Lindemann rəfiqəsinə görə pərəstişkarın çənəsini sındırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rammstein” qrupunun lideri Till Lindemann pərəstişkarının çənəsini sındırıb.

Hadisə Münhen şəhərində yerləşən hotellərin birində qeydə alınıb.

Lindemann dostu və rəfiqəsi ilə buradakı barda əylənib. Bu zaman 54-yaşlı pərəstişkarı ona yaxınlaşıb və şəkil çəkdirmək istəyib.

Rədd cavabı alan pərəstişkar əvəzində müğənninin rəfiqəsini təhqir etməyə başlayıb.

Yaranmış mübahisə zamanı “Rammstein”in solisti pərəstişkarını vurub və onun çənəsini sındırıb.