Ukraynadakı diaspora təşkilatlarımızın fəaliyyətsizliyi – Parlament seçkisindən uzaq düşən azərbaycanlılar…backend

Ukraynadakı diaspora təşkilatlarımızın fəaliyyətsizliyi – Parlament seçkisindən uzaq düşən azərbaycanlılar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölçü əhəmiyyətli deyil. Şübhə edənlərə Ukraynada Azərbaycan diasporasının necə təmsil olunmasına diqqət yetirməyi təklif edirəm. Müxtəlif natiqlərdən tez-tez Ukraynada 500 min azərbaycanlının yaşadığı müdhiş rəqəmləri eşitmək mümkündür.

Həmçinin, bu ölkədə onlarla Azərbaycan diaspora təşkilatının fəaliyyət göstərdiyini eşidirik. Kiməsə elə görünə bilər ki, azərbaycanlılar Ukraynanın siyasi həyatında ciddi rol oynayır.  Əslində, bu, heç də belə deyil. Xüsusən, Ukraynada yaşayan azərbaycanlıların bu ölkə daxilindəki siyasi vəziyyətə təsiri sıfıra bərabərdir.

Ukrayna növbədənkənar parlament seçkilərinə gedərkən, təsirin sıfır olduğu bir daha təsdiqləndi. Yeni prezident Vladimir Zelenski Ali Radanı buraxdığını elan etdi və növbədənkənar parlament seçkiləri 21 iyula təyin olundu. Yəni, 24 maydan seçki prosesinə start verildi.

 

Artıq prosesin yekun mərhələsinə çatmaq üzrəyik. Demək olar ki, bütün partiyalar Ali Radaya öz namizədlərini irəli sürüb. Heç bir partiya və ya siyasi təşkilatın  tərkibində bir azərbaycanlı belə təmsil olunmayıb. Baxmayaraq ki, bu ölkədə yarımmilyon azərbaycanlı yaşayır və onlarla diaspora təşkilatımız fəaliyyət göstərir. Azərbaycanın Ukraynadakı diaspora təşkilatları öz imkanlarından və fəaliyyətlərindən ağızdolusu danışırlar. Fəaliyyətin isə necə olduğu ortadadır. Başqa sözlə, ortada bir fəaliyyətsizlik hökm sürür.

//  Demokrat.Az