Bakıda 3 yaşlı qız faciəvi şəkildə öldü

11:16 | 13 İyun, 2019
Bakıda 3 yaşlı qız faciəvi şəkildə ölüb.
Editor.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu M.Arif küçəsi-129 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 2016-cı il təvəllüdlü Abbasova Ləman Rəfael qızını elektrik cərəyanı vurub. 3 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.