Təcili Tibbi Yardım maşınına hücum edən şəxs saxlanıldıbackend

Təcili Tibbi Yardım maşınına hücum edən şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 12-də saat 9 radələrində Bərdə rayon Təcili Tibbi Yardım stansiyasının 2 feldşerinin Təcili Tibbi Yardım avtomobilində 1-ci Qaradəmirçi kəndində yaşayan Laçın rayon sakininin ünvanına çatarkən naməlum şəxsin gecikdiklərini və xəstənin ölməsini deyərək metal parçası ilə avtomobilin şüşələrini sındırması barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Hadisəni törətməkdə şübhəli bilinən kənd sakini S.Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda bərdə RPŞ-də araşdırma aparılır.

//Milli.Az