ABŞ Rusiya sərhədi yaxınlığına zərbəçi dronlar göndərirbackend

ABŞ Rusiya sərhədi yaxınlığına zərbəçi dronlar göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Polşa liderlərinin Vaşinqtonda baş tutan danışıqlarının nəticəsi olaraq, Şərqi Avropa ölkəsinə Birləşmiş Ştatlara aid “MQ-9” kəşfiyyatçı-zərbəçi dron eskadrilyasının yerləşdirilməsi ilə bağlı razılaşma əldə olunub

bu barədə prezidentlər Donald Tramp və Andjey Duda tərəfindən imzalanmış müdafiə sahəsində əməkdaşlıq haqqında birgə bəyannamədə deyilir.

Razılaşmaya əsasən, tələb olunan infrastrukturun yaradılması üzrə xərcləri Varşava çəkəcək, Vaşinqton hər hansı vəsait ayırmayacaq.

“Birləşmiş Ştatlar bu eskadrilyanın fəaliyyəti nəticəsində əldə olunan informasiyanı lazım gələrsə, bölüşmək niyyətindədir. Məqsəd müdafiə sahəsində olan tapşırıqların yerinə yetirilməsidir”, – deyə sənəddə bildirilir.

Bəyannamədə Polşaya dislokasiya olunan ABŞ hərbi kontingentinin min nəfər (hazırda 4,5 min nəfər xidmət edir) artırılması ilə bağlı əvvəl elan olunmuş planlar təsdiqini tapıb.

//Editor.az