Dünyanın ən sülhsevər ölkələri – TOP-10backend

Dünyanın ən sülhsevər ölkələri – TOP-10

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat və Sülh İnstitutunun (“Institute for Economics and Peace”) sosioloq və iqtisadçıları Qlobal Sülhsevər İndeksini (“Global Peace Index”) dərc ediblər. İndeks çərçivəsində dünyanın ən təhlükəli və təhlükəsiz ölkələri müəyyənləşib.

APA-nın sözügedən indeksə istinadən verdiyi məlumata görə, sülhsevər indeksinə dünyanın 163 ölkəsi daxil olub. İndeks 23 əsas keyfiyyət və kəmiyyət göstərici üzrə tərtib olunub ki, bunlar 3 böyük qrupa bölünüb: daxili və beynəlxalq münaqişə, cəmiyyətdə təhlükəsizlik və stabillik səviyyəsi, silahlanma.

Bura intiharların sayı, 100 min əhaliyə düşən güc strukturlarının nümayəndələrinin sayı, cəmiyyətdə kriminal fəaliyyətin səviyyəsi, məhkumların sayı, siyasi terror şkalası, əhalinin silaha əlçatanlığı daxildir.
Nəticədə reytinqin birinci yerində 1,072 indekslə İslandiya qərarlaşıb.

Ən sülhsevər ölkələrin reytinqi:

# Ölkə İndeks
1 İslandiya 1,072
2 Yeni Zelandiya 1,221
3 Portuqaliya 1,274
4 Avstriya 1,291
5 Danimarka 1,316
6 Kanada  1,327
7 Sinqapur 1,347
8 Sloveniya 1,355
9 Yaponiya 1,369
10 Çexiya 1,375