Xırdalanda gecə motosiklet qəza törətdi – 20 yaşlı qız dünyasını dəyişdi

11:28 | 14 İyun, 2019

Ötən gecə Xırdalanda yol-nəqliyyat hadisəsi baş verib.

qəza Xırdalan dairəsinin yaxınlığında qeydə alınıb. Motosikletin qəza dörədməsi nəticəsində 1999-cu il təvəllüdlü Nuray Etibar qızı dünyasını dəyişib. Qəzada daha iki nəfər xəsarət alıb.

Onlar 2005-ci il təvəllüdlü Fərəczadə Ramal Ramil oğlu və 1996-cı il təvəllüdlü Bəkirov İlkin Mürsəl oğludur.

Baş vermiş hadisənin təfərrüatları araşdırılır.

//Trend