Türkiyədən ABŞ-a sərt ittiham

16:45 | 14 İyun, 2019

ABŞ Suriyanın Mənbic şəhəri üzrə Türkiyə-ABŞ “yol xəritəsi”nin gerçəkləşdirilməsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

belə bir bəyanatla Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

“ABŞ və koalisiya qüvvələri YPG ilə əməkdaşlıq edir, onlara dəstək göstərirlər. İndi isə onları (Mənbicdən – red.) çıxarmaqda çətinlik çəkirlər. Bir il əvvəl Mənbic üzrə razılıq əldə olunmuşdu, YPG terrorçuları tərk etməli idi, niyə hələ də oradan çıxmayıblar?” – deyə nazir ritorik sual ünvanlayıb.

Xatıraldaq ki, Türkiyə və ABŞ hərbi komandanlığı silahlı kürd birləşmələrin Mənbicdən çıxarılması ilə bağlı tədbirlər planını 2018-ci ilin yay aylarında razılaşdırıb.

Ona qədər Ankara Vaşinqtondan hərbçilərini Hələb bölgəsindən çıxarmasını tələb edirdi, belə ki, Suriya ilə cənub sərhədini terrorçulardan təmizləmək üçün əməliyyat keçirməyə hazırlaşırdı.

//oxu.az