backend

Trampdan Rusiyaya İran və Suriya ÇAĞIRIŞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Moskvanı Suriya və İrana dəstək verməkdən imtina etməyə çağırıb.
Tramp bu haqda Polşa paytaxtının Krasinski meydanında “Varşava Üsyanı” abidəsinin önündə çıxışında deyib.
ABŞ prezidenti həmçinin Rusiyanı Ukraynanın daxili işlərinə müdaxiləyə son qoymağa çağırıb.
“Biz Rusiyanı Ukraynada stabilliyi pozan fəaliyyətə son qoymağa çağırırıq. Qərb bu gün iradəmizi və qətiyyətimizi yoxlamağa, maraqlarımıza zərər verməyə çalışan güclərlə qarşılaşır. Təbliğat, maliyyə cinayətləri və kiberməkanda döyüş hərəkətlərinin də aparılması daxil olmaqla, təcavüzün yeni formalarına qarşı ittifaqımızı yeni metodların köməyi ilə daha effektiv qurmalıyıq”, – prezident vurğulayıb.
 
//Publika.az