Xəzərdə bir nəfərin meyiti tapıldı, 1 nəfər xilas edildibackend

Xəzərdə bir nəfərin meyiti tapıldı, 1 nəfər xilas edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər dənzində çimərkən boğulmuş bir nəfərin meyiti tapılıb, 1 nəfər batma təhlükəsindən xilas edilib. Bu barədə

Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Belə ki, ötən gün FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Paytaxtın Səbail rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2004-cü il təvəllüdlü Nikolay Andreyeviçin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

//Milli.Az