Norveçdə biabırçılıq: keçmiş nazir üç miqrant kişini zorladıbackend

Norveçdə biabırçılıq: keçmiş nazir üç miqrant kişini zorladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçdə seksual qalmaqal meydana gəlib.

keçmiş Mühafizəkarlar partiyasının sədri və sabiq nazir Svayn Ludviqsen 12 il həbs cəzasına məhkum edilib. 72 yaşlı nazir Norveçə gələn və sığınacaq üçün müraciət edərək qərar gözləyən üç kişini zorladığı iddiası ilə həbs edilib. Ludviqsen tutduğu vəzifədən sui-istifadədə ittiham edilir.

Keçmiş nazir isə bütün ittihamları rədd edir. O, cinsi münasibətin qarşı tərəfin razılığı ilə olduğunu bildirir və heç kəsi zorlamadığını deyir. Siyasətçi başqa kişilərlə də cinsi münasibətdə olduğunu və homoseksual pornoqrafik materiallarının olduğunu da etiraf edib.

Ludviqsen bildirib ki, ailəlidir və nəvələri də var.

Zorlanan şəxslər isə çarəsiz vəziyyətdə olduqlarını, Svaynın bundan istifadə etdiyini iddia ediblər. Onlar qeyd ediblər ki, o dövrdə əyalətin icra başçısı olan Ludviqsen onlara vətəndaşlıq verməyəcəyini, deportasiya edəcəyini deyib. Hazırda 20 yaşı olan “qurban”lardan biri Ludviqsenin ona “mən kralın dostuyam” dediyini bildirib.

// ölkə.az