Ani Lorak təzə sevgili tapıb – FOTObackend

Ani Lorak təzə sevgili tapıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Xalq artisti, müğənni Ani Lorak paylaşımı ilə diqqət çəkib.

40 yaşlı A.Lorak “Black Star” leyblının 26 yaşlı musiqi prodüseri Yeqor Qleblə çəkdirdiyi romantik foto ilə gündəmə səs salıb.

Müğənni yayımladığı fotoya “Hamının axşamı isti və xeyirli olsun”, – şərhini yazıb.

Əslən ukraynalı olan Y.Qleb uzun illər məşhur müğənni Yeqor Kridin musiqi prodüseri olub. Bu günə kimi A.Lorakla Y.Qleb münasibətləri barədə mətbuata heç bir məlumat verməyiblər.

Qeyd edək ki, A.Lorak həyat yoldaşı, türkiyəli iş adamı Murat Nalçacıoğlundan rəsmi şəkildə ötən ilin son günü boşanıb. Cütlüyün Sofiya adlı qız övladları var. O, hazırda anası ilə birgə Moskvada yaşayır. Ötən yay M.Nalçacıoğlunun ukraynalı model Yana Belyayeva ilə A.Loraka xəyanət etməsinin videogörüntüləri sosial şəbəkələrə sızıb. Nəticədə A.Lorak M.Nalçacıoğlundan boşanıb.