“Qalx onu qucaqla” – Ərdoğan məşhur cütlüyü barışdırdı

15:27 | 15 İyun, 2019

Bir müddətdir həyat yoldaşı Burcu Kıratlı ilə boşanacağı müzakirə mövzusuna çevrilən türk müğənni Sinan Akçıl bu iddiaya cavab verib.

populyar müğənninin Burcu Kıratlı ilə barışması barədə etirafları diqqətdən yayınmayıb.

Sinan Akçıl həyat yoldaşı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sənət adamları üçün təşkil etdiyi iftar süfrəsində barışdığını deyib:

“Prezidentimizin iftar dəvətinə qatıldıq. Prezidentimiz bizi həyat yoldaşı ilə qarşıladı. Mənə “Qalx Burcunu qucaqla”, dedi. Bir ailənin başçısı kimi bizə tövsiyələr verdi”.

//Teleqraf.com