Çin liderindən Ərdoğana gözlənilməz təklifbackend

Çin liderindən Ərdoğana gözlənilməz təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikasının sədri Si Tszinpin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə iki ölkə arasında terrora qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsini təklif edib.

bu barədə Çin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Hazırkı durumda tərəflər özündə əsaslı maraqları əks etdirən məsələlərdə bir-birini dəstəkləməlidir, terrorizmə qarşı mübarizədə əməkdaşlığı gücləndirməlidir”, – deyə Si Tszinpin vurğulayıb.

O həmçinin Çin-Türkiyə münasibətlərinə xüsusi önəm verdiyini bildirib. Qeyd edib ki, ikitərəfli dostluğun iki ölkə arasında qarşılıqlı etimada çevrilməsi üçün Ərdoğanla birgə çalışmağa hazırdır.

Öz növbəsində Ərdoğan bildirib ki, Türkiyə Çinlə münasibətlərin inkişafına böyük önəm verir, iqtisadi-ticarət, maliyyə sahələrində, o cümlədən infrastrukturun yaradılmasında əməkdaşlığı genişləndirməyə hazırdır.