Suriya ordusu Türkiyə postuna hücum etdi və cavabını aldı

16:30 | 16 İyun, 2019

Türkiyə ordusunun Suriyanın İdlib əyalətindəki müşahidə postu hücuma məruz qalıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Türkiyə ordusunun postu Suriya ordusu tərəfindən artilleriya atəşinə tutulub. Ölən və yaralanan olmasa da, postdakı avadanlıq və təchizata ziyan dəyib.

Türkiyə ordusunun bölmələri ağır silahlarla cavab atəşi açıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hadisə ilə bağlı Rusiya tərəfinin də məlumatlandırıldığını bəyan edib.