backend

"Dinc sakinlərin öldürülməsi terror kimi qiymətləndirilməlidir"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dinc sakinlərin, xüsusilə də qadın və uşaqların öldürülməsi terror kimi qiymətləndirilməlidir.
 
Azərbaycanın Misirdəki səfirliyindən verilən məlumata görə, bunu Misir-Azərbaycan Dostluq Cəmiyyətinin Baş katibi Əbdürrəhman Səd iyulun 4-də erməni silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri təxribatla bağlı deyib.
Baş katib Ə.Səd Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törədilən qanlı cinayət barədə açıqlama verərək, Ermənistan silahlı qüvvələrinin bundan əvvəl də Xocalıda dəhşətli qətliam törətdiyini, aralarında qadın, uşaq, yaşlı olmaqla 613 dinc sakini vəhşicəsinə öldürdüyünü xatırladıb.
Baş katib Ermənistanı sülh danışıqlarına riayət etməsini, BMT TŞ-nın məlum qətnamələrini yerinə yetirməsini tələb edərək, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin regionda sülh və sabitliyin bərqərar olması üçün olduqca vacib olduğunu bildirib.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
//Trend