Ağstafada dəhşət: 16 yaşlı oğlan 4 nəfəri güllələdi – YENİLƏNİB – FOTO

11:45 | 17 İyun, 2019

Ağstafanın Sadıxlı kəndində dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təxminən 16 yaşlı yeniyetmə qan davası üstündə 4 nəfəri silahla qətlə yetirib. Ölənlərdən biri 1977-ci il təvəllüdlü, digəri 1984-cü il il təvəllüdlüdür. Üçüncü şəxs isə qətlə yetirilənlərdən birinin anası olub.

Öldürülən digər şəxsin təsadüfən hadisə yerində olduğu və aldığı güllə yarasından öldüyü bildirilir. Cinayəti bazarda insanların arasında törədən yeniyetmə hadisədən sonra qaçıb.

Qeyd edək ki, qətlə yetirilənlər həbsdən yeni azadlığa buraxılıblar. Onlar illər əvvəl torpaq üstündə qeyd edilən 16 yaşlı gəncin atasını və əmisini öldürüblər.

Ağstafa rayonunda kütləvi dava olub.

hadisə rayonun Böyük – Kəsik kəndində qeydə alınıb.

Kütləvi dava zamanı 3 nəfər qətlə yetirilib, bir neçə nəfər isə yaralanıb. Bildirilir ki, dava nəsillər arasında davam edən uzun müddətli münaqişədən qaynaqlanıb.

//APA