“Əsas vəzifəm Ordunu müharibəyə hazırlaşdırmaqdır” – Nazirbackend

“Əsas vəzifəm Ordunu müharibəyə hazırlaşdırmaqdır” – Nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasında Silahlı Qüvvələrinin rolu böyükdür”.
Editor.az-ın xəbərinə görə, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
Z. Həsənov bildirib ki, Azərbaycan Ordusunun hərbi şəhərciklərinin 85 faizi yenilənib. Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov  bildirib ki, Azərbaycan Ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir:
“Müdafiə nazirinin əsas vəzifəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın tapşırıqlarını orduda icra etmək və Ordunu müharibəyə hazırlaşdırmaqdır. Ordunun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib. Ordumuzun helikopterləri uzaq məsafədən hədəfləri vurmağa qadirdir”.
Z. Həsənov qeyd edib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır, texniki məsələlər həll olunur.