8 nəfərin güllələndiyi qan davasının TƏFƏRRÜATLARIbackend

8 nəfərin güllələndiyi qan davasının TƏFƏRRÜATLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünən Ağstafada baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Sadıxlı kəndində Musayevər və Süleymanovlar arasında torpaq üstündə davam edən münaqişədə güllələnən iki nəfərin qisasını almaq üçün Sadıxlı kənd sakini 25 yaşlı Elnur Süleymanov “Kalaşnikov” markalı avtomatla Böyük Kəsik kəndinə gələrək Şərqiyyə Musayevaya onun övladları – məhkumluk həyatı yaşamış Şəmiddin Musayev və Novruz Musayevə ard-arda atəş açaraq qətlə yetirib.

Bu zaman ətrafdakı satıcı Ağgöl kənd sakini Zeynəb Cəlilovada güllə yarası alıb. O da aldığı güllə yarasındanca dünyasını dəyişib.

Silahlı insident zamanı ətrafdakı kütləyə də atəş açılıb. Bu zaman 55 yaşlı Lilpar Əhmədova, 20 yaşlı İbrahim Abdullayev və 68 yaşlı Nüsrət İsayev müxtəlif dərəcəli güllə yaraları alıb.

Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

Cinayət törədən Elnur Süleymanov polisə könüllü təslim olub. Onun istifadə etdiyi silah isə maddi sübut kimi götürülüb.

Facebook Notice for EU! You need to login to view and post FB Comments!