Laçının deputatından məcburi köçkünlərə HÖRMƏTSİZLİK: Yaşlı insanları ayaqüstə saxladı (FOTOLAR)backend

Laçının deputatından məcburi köçkünlərə HÖRMƏTSİZLİK: Yaşlı insanları ayaqüstə saxladı (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Milli Məclisin 121 saylı Laçın seçki dairəsindən seçilmiş deputatı Mahir Abbaszadə Şirvanda və Kürdəmirdə məcburi köçkünlərlə görüş keçirib. 

Açıq havada təşkil olunan görüş zamanı deputat özü stulda əyləşib, ancaq qəbula gələn məcburi köçkünləri ayaqüstə qarşılayıb.

Həmin məcburi köçkünlərin arasında yaşlı insanların da ayaqüstə qarşılanması sosial şəbəkələrdə ciddi narazılıqlara səbəb olub.

Bir çox insanlar deputatın bu cür hərəkətini məcburi köçkünlərə hörmətsizlik kimi qəbul edərək, ona öz narazılıqlarını bildiriblər.

Qeyd edək ki, Mahir Abbaszadənin özü də Laçın rayonundan məcburi köçkündür.

//demokrat.az

Картинки по запросу Mahir Abbaszadə