Zelenski ukraynalı qadınları ölkənin turizm brendi adlandırdıbackend

Zelenski ukraynalı qadınları ölkənin turizm brendi adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, gözəl qadınlar Ukraynanın turizm brendidir.

Zelenski bu barədə Parisdə səfərdə olarkən bildirib: “Həmişə bütün dünyanın təsəvvüründə Ukrayna dedikdə kənd təsərrüfatı məhsulları və qara metallurgiya canlanırdı.Turistlər isə Ukraynanın çox gözəl mətbəxindən, gözəl insanlarından, xüsusilə gözəl qadınlarından bəhs edirlər. Bəli, bütün bunlar bizim brendimizdir”.

Bununla belə, o qeyd edib ki, Ukraynada IT sənayesi və texnologiyaları da böyük sürətlə inkişaf edir:

“Ukraynada 150 minə yaxın IT mütəxəssisi və startaper var. Hesab edirəm ki, bu istiqamətdə inkişaf edəcəyik”.

//olke.az