Prezident parlamentə yeni qanun layihələri göndərir – Sosial durum gücləndiriləcəkbackend

Prezident parlamentə yeni qanun layihələri göndərir – Sosial durum gücləndiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yaxşılaşdırılması məsələsi Azərbaycan dövlətinin, xüsusilə, ölkə Prezidenti cənab İlham Əliyevin əsas fəaliyyət istiqamətlərindən, prioritetlərindəndir. Bu istiqamətdə, xüsusilə, 2018-2019-cu illər ərzində atılan addımlar, görülən işlər göz önündədir. Odur ki, parlamentə ölkə Prezidentinin təşəbbüsü, təqdimatı, imzası ilə əhalinin sosial müdafəsinin gücləndirilməsinə yönəlmiş yeni qanun layihələri gəlir.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

Komitə sədri bu barədə geniş məlumat verməsə də, qeyd edib ki, qanun layihələri artıq parlamentə daxil olmaq üzrədir.

“Növbədənkənar sessiya dövründə komitəmizin iki iclasının keçirilməsi gözlənilir. İlk iclası iyunun 20-də keçirəcəyik. Həmin iclasın gündəliyinə əhalinin sosial müdafiəsi ilə bağlı ən azı 3 yeni qanun layihəsinin, yəni mövcud qanunlara dəyişiklikləri nəzərdə tutan vacib qanun layihələrinin daxil olması gözlənilir. Hələlik bu barədə geniş danışmaq istəməzdim. Hər şey ayın 20-də komitəmizin iclasında məlum olacaq.

Biz həmin sənədləri iyunun 28-də keçirilməsi gözlənilən plenar iclasa tövsiyə edəcəyik. İyul ayında da komitəmizin daha bir iclasının keçirilməsi və bu istiqamətdə növbəti yeni layihələrin daxil olması, müzakirəsi gözlənilir. Bu, istisna deyil. Bununla bir daha hər kəs şahid olacaq ki, sosial müdafiə ilə bağlı deyilənlər sözlər deyil, konkret əməllərdir. Çünki bir daha qeyd edirəm ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin və dövlət başçısının siyasətinin ana xəttini təşkil edir”, – deyə H.Rəcəbli əlavə edib.