Rusiyalı ekspert: Azərbaycan sosial müdafiəni gücləndirməkdə bizi üstələyibbackend

Rusiyalı ekspert: Azərbaycan sosial müdafiəni gücləndirməkdə bizi üstələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra sərəncamlar imzalayıb. Bu sənədlər təkcə ölkə daxilində deyil, həm də ölkə xaricində diqqət çəkib.

Sərəncamlara əsasən, bir sıra güc strukturlarının əməkdaşlarının, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan müəllimlərin aylıq vəzifə maaşları artırılacaq.

Ən vacib sərəncam isə minimum əməkhaqqının artırılması oldu. 1 mart 2019-cu ildən etibarən minimum əməkhaqqı 180 manat təşkil edirdisə,  sentyabrın 1-dən 250 manata qalxacaq (40% artım).

Tanınmış rusiyalı publisist, iqtisad elmləri doktoru, professor Nikita Kriçevski “Media.az”la söhbətində sosial təmayüllü addımların istənilən dövlət başçısı üçün prioritet olmalı olduğunu vurğulayıb.

O bildirib ki, Prezident İlham Əliyev bu sərəncamları imzalamaqla Azərbaycan dövlətinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə qadir olduğunu göstərdi:

“Bu, çox yaxşı bir haldır. Sosial məsələlərdən söz açanda, hər şeydən əvvəl, iqtisadi artıma yox (əslində bu faktor vacibdir), cəmiyyətdə ədalət səviyyəsinin, vətəndaşlara dövlət qayğısının artırılmasına diqqət yetirmək lazımdır. Əlbəttə ki, bu, iqtisadiyyata öz təsirini göstərəcək. Bu pullar istənilən halda Azərbaycanda qalacaq. İnsanlar özlərinə, yaxınlarına daha çox pul xərcləyəcək, kimlərsə pulu bir kənara yığacaq – bu, prinsipial deyil. İstənilən halda, təkrar edirəm, minimum əməkhaqqının artırılması dövlətin öz sosial öhdəliklərini yerinə yetirməsi məsələdir. Azərbaycanda bunun baş verdiyini görürük”, – N.Kriçevski bildirib.

Ekspertin sözlərinə görə, əksər inkişaf etmiş Avropa və Asiya ölkələri belə addım atır:

“Dövlətin pulu varsa, əhalinin yardıma daha çox ehtiyacı təbəqəsinə kömək etməlidir. Əminəm ki, Azərbaycan Prezidentinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığı sərəncamların davamı gələcək. Bu planda Azərbaycan Rusiyanı da üstələyib”.

O bildirib ki, cüzi inflyasiya və nisbi davamlı enerji daşıyıcıları qiymətləri fonunda birdən-birə minimum əməkhaqqının 40% qaldırılması faktiki olaraq misli görülməmiş bir addımdır.