“Gadimovs Group” şəhid ailələri üçün Türkiyədə “oturma izni” xidmətini ödənişsiz həyata keçirəcəkbackend

“Gadimovs Group” şəhid ailələri üçün Türkiyədə “oturma izni” xidmətini ödənişsiz həyata keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gadimovs Group” şirkəti Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin ailə üzvləri üçün Türkiyə Respublikasının ərazisində “oturma izni” xidmətini ödənişsiz şəkildə həyata keçirəcək. Bu barədə Editor.az-a açıqlama verən Urfan Qədimov bildirib ki, “Gadimovs Group” tərəfindən şəhid ailələrinə oturma izni xidməti ödənişsiz, digər xidmətlər üçün güzəştlər tətbiq olunacaq:

“Gadimovs Group 2016-cı ildən İstanbulda fəaliyyət göstərən danışmanlıq şirkətidir. Bu minvalla qardaş ölkədə yaşamaq qərarı verən həmyerlilərimizə illərdi yorulmadan və həvəslə xidmət göstəririk. Azərbaycan uğrunda canlarından keçmiş qəhrəmanların ailə üzvləri isə bizim üçün çox əzizdir. Əgər belə ailələrin üzvləri Türkiyədə daimi yaşamaq qərarına gələrlərsə, ofisimizə yaxınlaşaraq bizim bu xidmətdən ödənişsiz yararlana bilərlər.

İllərdir vətəndən uzaqda yaşasaq da, hər zaman Azərbaycanın adını uca tutmağa, onu ləyaqətlə təmsil etməyə çalışmışıq. Bu bizim vətən qarşısında borcumuzdur”.

//Editor.az