Gəncədə xəstəxananın həyətində yüksək dozada narkotik qəbul edən şəxs öldübackend

Gəncədə xəstəxananın həyətində yüksək dozada narkotik qəbul edən şəxs öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gəncə şəhər 3 saylı Xəstəxananın həyətində meyit tapılıb.

Şəmkir rayonunun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Teymurov Tural Şakir oğlu axşam saatlarında idarə etdiyi “VAZ 2107” markalı 20 CA 442 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə Şəhər 3 saylı Xəstəxananın həyətinə gələrək avtomobilin salonunda mənşəyi məlum olmayan narkotik maddə qəbul edib.

Narkotik maddənin dozası yüksək olduğundan T.Teymurov avtomobilin salonunda zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

//Trend