Gəncədə xəstəxananın həyətində yüksək dozada narkotik qəbul edən şəxs öldübackend

Gəncədə xəstəxananın həyətində yüksək dozada narkotik qəbul edən şəxs öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gəncə şəhər 3 saylı Xəstəxananın həyətində meyit tapılıb.
Editor.az Trend-ə istinadən bildirir ki, Şəmkir rayonunun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Teymurov Tural Şakir oğlu axşam saatlarında idarə etdiyi “VAZ 2107” markalı 20 CA 442 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə Şəhər 3 saylı Xəstəxananın həyətinə gələrək avtomobilin salonunda mənşəyi məlum olmayan narkotik maddə qəbul edib.
Narkotik maddənin dozası yüksək olduğundan T.Teymurov avtomobilin salonunda zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.