Bakıda dəhşət: Ər boşanmaq istəyən arvadını bıçaqlayıb, övladı ilə qaçdı

13:12 | 20 İyun, 2019

Paytaxtın Nəsimi rayonunda ağır xəsarətlərlə nəticələnən bıçaqlanma hadisəsi qeydə alınıb.

Editor.az APA-ya istinadən xəbər verir ki, Nəsimi rayon sakini, 1985-ci il təvəllüdlü Əliyeva Günel Mahir qızı boşanma ərəfəsində olduğu həyat yoldaşı ilə mübahisə edib. Üz və kürək nayihəsindən müxtəlif bıçaq xəsarətləri alan G.Əliyeva xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən ər azyaşlı övladını da götürərək qaçıb.

Faktla bağlı araşdırma aparılır.