Siyəzəndə güclü yanğın başlayıb

15:21 | 20 İyun, 2019
Siyəzənin əkin sahələrində güclü yanğın olub.
Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, hava küləkli olduğundan yanğın qısa müddət ərzində geniş əraziyə yayılıb.
Belə ki, biçilmiş ərazidə başlayan yanğın daha sonra biçilməmiş ərazilərə də keçib.
Hadisə ilə bağlı Siyəzən və Şabran rayonlarında 6 yanğınsöndürən maşın cəlb olunub.