Tiflisdə rus deputatlara təhqir: “Rədd olun ölkədən!” – VİDEObackend

Tiflisdə rus deputatlara təhqir: “Rədd olun ölkədən!” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Tiflisdə keçirilən Parlamentlərarası Pravoslavlıq Assambleyasında insident yaşanıb.

Editor.az axar.az-a istinadən xəbər verir ki, insidentə səbəb Rusiyanın Kommunist Partiyasından olan deputat, assambleyanın prezidenti Sergey Qavrilov olub. Deputatın Gürcüstan parlamentinin spikerinin yerində oturaraq sessiyada iştirak edən 23 ölkə nümayəndəsinə müraciət etməsi müxalifətin kəskin etirazına səbəb olub.

Vahid Milli Hərəkat Partiyasının deputatı Tina Bokuçava artıq məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatında o, Gürcü Arzusunun “Rusiya Arzusu” olduğunu bildirib. Bokuçava bunun Gürcüstan üçün təhqir olduğunu deyib.

Gürcü Arzusu Partiyasından olan deputat Arçil Talakvadze də rusiyalı deputatın bu addımına reaksiya verib. O, konfransın dərhal bitməsini və rus deputatların Gürcüstanı tərk etməsini istəyib.

Bununla bərabər parlamentdə rus deputatlara daha sərt şəkildə Avropa Gürcüstanı Partiyasının deputatı Akakiy Boboxidze müraciət edərək, onların üzərinə su atıb:

“Abxaziya, Samaçablo haradadır? Rədd olun bu ölkədən”.

Bu gün isə Vahid Milli Hərəkat Partiyası və Avropa Gürcüstanı Partiyasının deputatları parlamentdə spiker tribunasını zəbt edərək aksiya keçiriblər. Onlar baş verənlərdə hökuməti ittiham edərək, Qavrilovun iclasa qatılmamasını istəyiblər.

Deputatlarla bərabər parlament binasının qarşısında da aksiya təşkil olunub.

Qeyd edək ki, Parlamentlərarası Pravoslavlıq Assambleyası 1993-cü ildən mövcuddur. Assambleya Yunanıstanın təşəbbüsü ilə yaradılıb. Budəfəki assambleyada Azərbaycanı deputat Mixail Zabelin təmsil
edir.