backend

Azərbaycanlı deputat ATƏT PA-da 2 yaşlı Zəhradan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin depitatı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Elşad Həsənov qurumun Minsk şəhərində davam edən iclasında çıxış edib.
Modern.az deputatın həmin iclasdakı çıxışının mətnini təqdim edir.
“Hörmətli cənablar,
Bu gün ATƏT məkanında ən aktual məsələ dondurulmuş münaqişələrin həlli ilə bağlıdır. Etnik separatizm və terrorizm əvvəlki kimi ATƏT-in insan haqları, regional təhlükəsizlik və dövlətlərarası əməkdaşlıq kimi fundamental prinsiplərinə təhlükə törədir. Bu mənada, Ermənistan və Azərbaycan arasında münaqişənin həlli beynəlxalq birlik üçün prioritet olmalıdır. Münaqişənin uzadılması isə yeni hərbi toqquşmaların başlanması və insan itkilərinə səbəb olacaq.
Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi missiyasını yerinə yetirən Minsk Qrupu ATƏT bayrağı altında fəaliyyət göstərdiyi üçün Parlament Assambleyasının münaqişənin həllinə daha aktiv yanaşmasını gözləyirik. Sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi ATƏT-in bütün ərazilərində bərqərar olmalıdır. Anlamaq lazımdır ki, münaqişənin həllinə differensial yanaşma, ərazi bütövlüyü prinsipinin pozulması ATƏT-in regiondakı inkişafına da mane olacaq.
Münaqişənin tezliklə həllinin vacibliyi 3 gün öncə təmas xəttində baş verən hadisə ilə özünü nümayiş etdirdi.
Azərbaycan cəmiyyəti dinc sakinlərin ölümünə görə dərin sarsıntı içindədir. Hamıda sual yaranır – atəş nəticəsində öldürülən 2 yaşl ı qızın günahı nə idi? Çox ağrılıdı ki, bu hadisə ATƏT-in Parlament Assambelyasının iclası ilə üst-üstə düşdü.
Əminəm ki, bu hadisə sülhün bərqərar olmasının bizim üçün nə qədər vacib olduğunu göstərdi.
Sonda bir daha qeyd etmək istəyirəm ki, ATƏT-in Parlament Asassambleyası müasir dünyanın ən önəmli prinsiplərindən sayılan – ərazi bütövlüyü prinsipinə inamnla yanaşmalıdır”.
 
//Editor.az