MTN-nin bata bilmədiyi general…backend

MTN-nin bata bilmədiyi general…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev mühüm əhəmiyyət kəsb edən qurumlara kadr dəyişiklikləri edib.  Müvafiq sərəncamlarla DTX, DİN və Müdafiə Sənayesi Nazirliyi rəhbərliyə yeni təyinatlar olub.

“Gözlənilən deyildi. Bildiyim qədər Əli Nağıyev o zaman MTN-nin bata bilmədiyi azsaylı generallardan olub. Hətta ölkənin ən böyük şirkətlərdən birinin bütün rəhbərliyini həbs etmək üçün maskalıları desant atanda məhz Əli Nağıyevin sayəsində xilas mümkün olmuşdu. Ümumiyyətlə, bu generalın adı həmişə peşəkar olaraq hallanıb.

Vilayət Eyvazovun Daxili İşlər naziri təyinatı isə gözlənilən hesab oluna bilər. Düşünürəm ki, hər iki təyinat hazırda müəyyən problemlər olan kibercinayətkarlıq və informasiya təhlükəsizliyi sahəsində daha ciddi uğurların əldə olunmasına kömək edəcək.

General Mədət Quliyev isə Müdafiə Sənayesi naziri təyin edilib. Düşünürəm ki, o bu sahədə daha çox uğur qazana biləcək.

//“Yeni Sabah”