Toğrul Əsgərov yığmadan niyə kənarlaşdırıldı?backend

Toğrul Əsgərov yığmadan niyə kənarlaşdırıldı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hələ ki, tam formada deyiləm. Ona görə də Avropa oyunlarına gedə bilmirəm.

Bu sözləri qafqazinfo-ya açıqlamasında Olimpiya çempionu Toğrul Əsgərov Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək güləş üzrə Azərbaycan yığmasının heyətində yer almamasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, hədəfi dünya çempionu olmaqdır:

“İstəyirəm ki, ilk olaraq turnirlərdə xalça üzərinə çıxım. Hədəfim dünya çempionatıdır. Tam fiziki hazırlığı bərpa edib orada yaxşı çıxış etmək və Olimpiya oyunlarına vəsiqə qazanmaq istəyirəm”.

26 yaşlı idmançı zədəsindən də danışıb: “Zədəmi sağaltmışam. Yəni heç bir problem yoxdur. İstəyim və arzum var ki, Olimpiya Oyunlarında uğur qazanım”.