Boksçumuzun Avropa Oyunlarında ilk rəqibi erməni olacaq

11:51 | 21 İyun, 2019

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının boks yarışlarının püşkü atılıb.

Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün start götürəcək mötəbər yarışda iştirak edəcək Azərbaycan boksçularının da ilk rəqibləri müəyyənləşib.

Yarışda çıxış edəcək 11 boksçumuzdan səkkizi 1/16, üçü 1/8 finaldan mübarizəyə başlayacaq. Bu idmançılardan onu kişi, biri qadın boksçudur. İdmançılarımızdan kubalı legionerimiz, Olimpiya mükafatçımız Lorenso Sotomayor ilk görüşündə erməni boksçu ilə qarşılaşacaq.

Kişilər

21 iyun, 1/16 final

-56 kq. Tayfur Əliyev – Boyan Asenov (Bolqarıstan)

-91 kq. Rahil Məmmədli – Radoslav Panteleyev (Bolqarıstan)

+91 kq. Məhəmməd Abdullayev – Petar Belberov (Bolqarıstan)

22 iyun, 1/16 final

-60 kq. Cavid Çələbiyev – Nikola İvkoviç (Bosniya və Herseqovina)

-69 kq. Lorenso Sotomayor – Qurgen Madoyan (Ermənistan)

-75 kq. Kamran Şahsuvarlı – Georgi Harabadze (Gürcüstan)/Miroslav Saviç (Serbiya) cütünün qalibi

-81 kq. Alfonso Dominges – Stepan Qrekul (Ukrayna)

23 iyun, 1/16 final

-64 kq. Bəxtiyar Qazıbəyov – Enriko Kruz (Niderland)

1/8 final

-49 kq. Rüfət Hüseynov – David Alaverdian (İsrail)

24 iyun, 1/8 final

-52 kq. Məsud Yusifzadə – Dmitri Zamotayev (Ukrayna)

Qadınlar

24 iyun, 1/8 final

-69 kq. Məryəm Cəbrayılova – Vivyen Budai (Macarıstan)