“Siti Bich”, “Karvan Palace” və “Xəzər” istirahət mərkəzləri cərimələndibackend

“Siti Bich”, “Karvan Palace” və “Xəzər” istirahət mərkəzləri cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Bakının Xəzər rayonu ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə reyd keçirib.

DİN-in Mətbuat xidmətindən Editor.az-a verilən məlumata görə, reydlər zamanı “Siti Bich”, “Karvan Palace” və “Xəzər” istirahət mərkəzlərinin ərazilərində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub. Qeyd olunan istirahət mərkəzlərinin icarədarları İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.