backend

"İnter"in kapitanından maaş üsyanı: “Hələ ki, dözürük…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İnter”in kapitanı Nizami Hacıyev apasport.az-a müsahibəsində maaşdan gileylənib.
AZXEBER.COM sözügedən sayta istinadən xəbər verir ki, kapitan hələ dözdüklərini qeyd edib. Onun sözlərinə görə, maddi sıxıntılar var:
“Həm texniki, həm də maddi baxımdan sıxıntılar var ki, onları yoluna qoymaq lazımdır.
“İnter”in vəziyyəti ağırdı, həm maaş, mükafat baxımından. İndidən hər şeyi açıqlamaq istəmirəm. Düzələcəyinə ümid edirik. Düzəlməsə, vəziyyətlə bağlı o zaman ictimaiyyətə açıqlama verəcəyik.
Elə məsələlər var, açıqlamaq olmur. Hər şey pulun başında dayanmır. Pulsuz da çıxıb oynamışıq. Bu gün gücümüz çatdığı qədər oynayırıq, nəticələrimiz də ortadadır. Bu heyətin üzvlərinə heykəl qoymaq lazımdır ki, onlar bu qədər çətinliyə qatlaşıblar”.
Futbolçu klubun “İnter Arena”dan çıxarılmasının onların çıxışına təsir edəcəyini də gizlətməyib: “Ora çox öyrəşmişik. 7-8 ildi bu klubun formasını geyinirik və orda məskunlaşırdıq. Psixoloji baxımdan çətinlik yaranacaq.
Hələ ki, dözürük. Gələcəkdə necə olacaq, baxacağıq. Bizi kollektiv ruh birləşdirir. Uşaqların zəhmətini danmaq olmaz, əksinə, qiymətləndirmək lazımdır.
Maaşların verilməsi hər şeyin həll olunması deyil axı”.