backend

Belarus XİN ermənilərin Füzulidə qətlə yetirdiyi uşağın ailəsinə başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Dağlıq Qarabağ münaqişəsinin yalnız danışıqlar masası arxasında dialoq yolu ilə həllinə tərəfdardır.
bu barədə Belarus Xarici İşlər Nazirliyinin erməni silahlı qüvvələrinin iyulun 4-də Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Quliyeva və 2 yaşlı nəvəsi Zəhra Quliyevanın ölümü ilə əlaqədar yaydığı bəyanatda deyilir.
Bildirilir ki, Belarus qan tökülməsinin dayandırılacağına ümid edir: “Şübhəsiz ki, biz dinc sakinlər arasında ölüm hallarının olmasından təəssüflənirik və ölənlərin ailələrinə başsağlığı veririk. Ümid edirik ki, qan tökülməsi dayandırılacaq. Bütün məsələlərin yalnız danışıqlar yolu ilə həllinə tərəfdarıq”.
 
//APA