Mursi ilə bağlı yalnız İsrail telekanalına reportaj icazəsi verildibackend

Mursi ilə bağlı yalnız İsrail telekanalına reportaj icazəsi verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misir hakimiyyəti sabiq Prezident Məhəmməd Mursinin dəfn edildiyi məzarlıqdan yalnız İsrail telekanalının görüntülər yayımlamasına icazə verib.

“Milliyet” qəzeti xəbər verir ki, İsrail Dövlət Yayım Qurumunun (KAN) müxbiri Roi Kais “Müsəlman qardaşları təşkilatı” üzvlərinin dəfn edildiyi məzarlıqdan reportaj hazırlayıb.

KAN-ın Yaxın Şərq regionu üzrə müxbiri R.Kais reportaj hazırlayarkən ciddi təhlükəsizlik tədbirləri görülüb. Sözügedən məzarlığa nə yerli, nə də əcnəbi media nümayəndələrinin yaxınlaşmasına icazə verilir.

Xatırladaq ki, 67 yaşlı M.Mursi iyunun 17-də məhkəmə zalında vəfat edib. 2012-ci ildə prezident seçilən M.Mursi 2013-cü il iyulun 3-də hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılmışdı.