İstanbul yenidən bələdiyyə sədri seçirbackend

İstanbul yenidən bələdiyyə sədri seçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda bazar günü Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər keçiriləcək .

Bələdiyyə sədri postu uğrunda Cümhur (Ədalət və İnkişaf  Partiyası və Milli Hərəkət Partiyası) blokundan olan namizəd Binəli Yıldırım, Millət (Yaxşı Partiya və Xalq-Respublika Partiyası) blokundan Ekrem İmamoğlu, Rifah Partiyasından Necdet Gökçinar və Vətən Partiyasından Mustafa İlker Yücel mübarizə aparacaqlar.

Xatırladaq ki, martın 31-də Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilmiş seçkilərdə İmamoğlu 48,8% toplayaraq, 13729 səs fərqi ilə Yıldırımı üstələmişdi. Onun aprelin 17-dən vəzifəsinin başına keçməyinə baxmayaraq, mayın 6-da Türkiyə Yüksek Seçim Kurulu (yerli Mərkəzi Seçki Komissiyası) İstanbul bələdiyyəsinə keçirilmiş seçkilərin nəticələrini ləğv etmiş, təkrar seçkiləri isə iyunun 23-ə təyin etmişdi.